ABŞ-da daha bir təyyarə faciəsi | FOTO+VİDEO

   ABŞ-da daha bir təyyarə faciəsi    | FOTO+VİDEO
  02 Fevral 2025    Oxunub:664
Filadelfiyada “Learjet 55” tibbi yardım təyyarəsi havaya qalxandan az sonra qəzaya uğrayaraq, evin üstünə düşüb. Nəticədə həm ev, həm təyyarə, həm də yaxınlıqdakı maşınlar yanmağa başlayıblar. Təyyarənin çənləri aviasiya yanacağı ilə yenicə doldurulubmuş.

Təyyarədə 4 nəfər ekipaj üzvü, azyaşlı pasiyent və müşayiət edən şəxs olub. Onların hamısı həlak olublar. Yerdəki insanlardan isə 1 nəfər ölüb, 19 nəfər yaralanıb.


“Bu hadisənin baş verməsi çox kədərlidir. Həlak olan günahsız insanların sayı bir az da artdı”, deyə qəzaya reaksiya verən ABŞ prezidenti Donald Tramp “Truth Social” şəbəkəsindəki hesabında yazıb.


İlkin ehtimala görə, tibbi yardım təyyarəsindəki oksigen balonu partlamış ola bilər.



Yada salaq ki, 3 gün əvvəl ABŞ-da daha bir dəhşətli aviasiya qəzası baş vermişdi.



Samir Quliyev


Teqlər: ABŞ   Təyyarə  





Xəbər lenti